Haqqımızda

“Bakı-İnşaat 2005”
Mənzil Tikinti Kooperativi

“Bakı-İnşaat 2005” Mənzil Tikinti Kooperativi 1995-ci ildən fəaliyyət göstərir.Təsdiq  olunmuş lahiyələr əsasında yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur.
Şirkət hündürmərtəbəli binaların tikintisini icarə lisenziya ilə həyata keçirir.(Tikinti işlərini)
Müştərilərə mənzillər təklif edərək sərfəli şərtlər daxilində xidmət göstərir. Vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına köməklik göstərir.

Bu günə kimi Xətai rayonu ərazisində 4 girişli hündürmərtəbli bina(lar) inşa etmişdir. Binalar bütün təminat, tachizatları ilə istismara verilmiş və çıxarışları alınmışdır.

Eyni zamanda Nizami rayonu, Əliağa Kürçaylı 70 ünvanında 2 girişli 17 mərtəbəli bina(lar) inşa edərək vətəndaşların mülkiyyətinə təqdim edilmişdir.

Hal-hazırda Xətai rayonu Məhəmməd Hadi 2944 ünvanında(Yeni qayda ilə alınmış ünvana görə Sadıqcan 71) hündürmərtəbəli yaşayış və qeyri0-yaşayış kompleksi inşa edir.

Vergi ödəyicisi olaraq ən nümunəvi şirkətlər sırasında ilklərdədir.

Xidmət sahələrimiz

Qeyd: “Bakı-İnşaat 2005” MTK-nın rəhbərliyi eyni işləri Bakının müxtəlif ərazilərində müxtəlif adda olan şirkətlər ilə də həyata keçirmişdir.
Rəhbərlik 2000-ci ildən hündürmərtəbli yaşayış binalarının inşası ilə məşğul olur.

Tikinti

Evlərin, Villaların, Yüksək mərtəbəli tikililərin, Klinikaların və digər inzibati binaların tikintisi.

“Bakı İnşaat 2005” MTK olaraq bu xidməti yüksək professionallıqla göstəririk. Bu işdə müştərinin istəklərini nəzərə alaraq, bütün təhlükəsizlik hallarını gözdən keçirərək, yüksək keyfiyyətli bir tikinti işlərini ərsəyə gətiririk. İşimizdə yalnız mütəxəssislərlə əməkdaşlıq edirik. Tikililərimizdə yalnız öndə gedən tikinti brendlərinin məhsullarına müraciət edirik. Proses əsasında müştərilərimizi işin gedişatı ilə yaxından məlumatlandırır, onların təkliflərini də nəzərə alırıq.

Təmir

Təmir vaxtaşırı evlərimizdə, mənzillərimizdə, ofislərdə, kafe-restoran və s. məkanlarda qarşılaşdığımız həll edilməsi lazım olan işlərdəndir.

Hər bir insanın təmir işlərindən çox böyük gözləntiləri olur. Bu səbəbdən də təmir işləri çox yüksək səviyyədə edilməlidir. Şirkətimiz təmir işini müxtəlif sahəli mənzillərdə, villa və evlərdə, ofis, kafe-restoran və s. obyektlərdə yerinə yetirir.

İnteryer dizayn

Məkanının daxili gözəlliyinin vurğulanması, tikilinin özül xarakterinə uyğun şəkildə, uyğun bir ahəngdə dizayn işlərinin tərtibi sahəsidir.

Hər bir insan özünəməxsus xasiyyətə, xüsusiyyətlərə malikdir. Elə bu səbəbdən də hər bir tərtib edəcəyimiz işdə öncəliyimiz müştərilərimizin istəklərini nəzərə alaraq onları bu işdə yaşam tərzlərinə, daxili aləmlərinə uyğun olaraq bir məkanla təmin etməkdir.

Eksteryer dizayn

Eksteryer dizayn istənilən növ tikilinin xarici görünüşündə düzgün, özünə uyğun, gözəllik bəxş edəcək dizayn işlərini özündə təmsil edir.

Eksteryer dizaynın tərtib edilməsi kifayət qədər mürəkkəb – rəng, material seçimi, ölçü və xətlərin balanslaşdırılması kimi işləri özündə cəmləyir. Bu iş yalnız peşəkar şəxslər tərəfindən yerinə yetirilməlidir. Elə bu səbəbdən də ecazkar, hər kəsi təəccübləndirəcək və eyni zamanda keyfiyyətlə tərtib edilmiş bir eksteryer dizayna sahib olmaq istəyirsinizsə seçiminizi bizimlə edə bilərsiniz.

Sosial şəbəkələr:

Arcod Technology tərəfindən hazırlandı © 2022